8 May 2016 09:49
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salon sahibi epilyasiya reklamı üçün Hitlerin təsvirindən istifadə edib.

Almaniyada saç salonu Adolf Hitlerin təsvir edildiyi reklam plakatını prokurorluğun xəbərdarlığından sonra yığışdırıb.

Prokurorlar salon sahibinə bildiriblər ki, həmin plakat anti-ekstremizm təşəbbüsü ilə asıldığına baxmayaraq, qanunu pozur.

Bavariyanın cənubunda yerləşən Cham şəhərindəki saç salonunda asılmış plakat tük epilyasiyasının reklamına həsr edilmişdi.

Milli.Az BBC-yə istinadən bildirir ki, epilyasiya reklamı üçün Hitlerin sifət təsvirindən istifadə olunub.
Belə ki, təsvirdə Hitlerin sifətinin bığ olan hissəsinə "Sağçılar əleyhinə epilyasiya" şüarı yazılmış qırmızı zolaq yapışdırılmışdı, BR dövlət radiosu xəbər verib.

Salondakı eyni təsvirli kiçik kartlardan həmin zolaq qoparılanda isə "1 x epilyasiya = sağçılara qarşı 1 avro ianəsi" yazısını oxumaq mümkün idi.

Salon sahibi Ursula Gresser BR radiosuna bildirirb ki, onun məqsədi fikirlərini açıq bildirmək olub: "Qaçqın evləri yandırlır. Əgər onlar (radikal sağçılar) bunu edirlərsə, mən niyə qapıma Hitlerin plakatını vura bilməyim?".

Ursula-nın sözlərinə görə, "Hitlerin bığını qoparmaq" fikri salonunu reklam etməyin ən orijinal üsulu kimi onun ağlına gəlib.

Lakin prokurorların məsələyə münasibəti fərqli olub və onlar bu işlə bağlı istintaqa başlayıblar.
Prokurorluq salon sahibinə Nasist rəmzlərindən istifadə edilməsinin Almaniyada qanunla qadağan olunduğunu bildirib.

Baş prokuror Theo Zieglertells Sueddeutsche Zeitung qəzetinə deyib ki, "salon sahibi plakatı yığışdırandan sonra istintaq dayandırılıb, çünki bu qanun pozuntusu ciddi birisi sayılmır".

Bununla belə, salon sahubi xanım Gresser hesab edir ki, onun hərəkəti istədiyi effekti verib.
"Düşünürəm ki, bu məsələ ətrafında ictimai debatların başlanmasına təkan verməklə biz istədiyimizə nail olmuşuq", salon sahibi BR radiosuna bildirib.

Milli.Az


Müəllif: