8 May 2016 11:18
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD hədəflərini məhv edib.

Teleqraf.com Milliyet-ə istinadən xəbər verir ki, türklərin Hələb şəhəri ətrafına endirdiyi top və raket zərbələri nəticəsində 55 terrorçu zərərsizləşdirilib. Bundan başqa İŞİD-in 3 hərbi avtomobili və başqa texnikaları məhv edilib.

Hədəflərin vurulma anı kəşfiyyat aparatları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, İŞİD terror təşkilatı son vaxtlar Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis şəhərinə bir neçə dəfə raket zərbələri endilib. Nəticədə mülki əhali həlak olub.

Yusif


Müəllif: