18 İyun 2014 19:09
5 503

İŞİD axundunun hər kəsi mat qoyan fətva verdiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Cəlal Təlabaninin lideri olduğu Kürdistan Yurdseverlər Birliyi (KYB) Mosul nəzarətçisi Halo Pencivini məlumat yayıb. Onun sözlərinə görə İŞİD axundu Malikinin əşgər və polislərinin həyat yoldaşları və bacılarının İraq İslam Şam Dövlətinin yaraqlılarına halal olduğuna dair fətva verib.

"Bu fətvaya əsasən, Mailiki hakimiyyətinə işləyən hər kəsin xanımı, bacısı yaraqlılara halaldır. Elə buna görə minlərlə qadın zərər görəcək. Bununla yanaşı, bu fətvanı qəbul etməyən bir çox sünni axundun da edam ediləcəyinə dair məlumat əldə etmişik",-d eyə Halo Pencivini deyib.

Qeyd edək ki, “İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları Səlahəddin vilayətində, Tiqrit yaxınlığında ölkənin ən böyük neftayırma zavodunu ələ keçirib.

Neftayırma zavodunun anbarları İŞİD silahlıları tərəfindən atəşə tutulub. İraq döyüş təyyarələri isə neftayırma zavodunun ətrafını bombalamağa başlayıb.

Bir müddətdir, ciddi qarşıdurmaların yaşandığı İraqda İŞİD silahlıları Səlahəddin vilayətinin mərkəz şəhəri Tikrit yaxınlığındakı bir sıra yaşayış məntəqələrini də ələ keçiriblər. Eyni zamanda, hökumət qüvvələri aviasiyasının intensiv bombardımanı nəticəsində gün ərzində “İŞİD” qruplaşması xeyli itki verib.

Dəniz Əliyeva


Müəllif: