9 May 2016 16:11
239

Avstriyanın kansleri Verner Fayman istefa verib.

Teleqraf.com xəbər verir ki, V.Fayman federal kansleri və Sosial Demokrat Partiyasının sədrliyi vəzifələrindən istefa verdiyini bildirib. O, atdığı addımın səbəbini belə açıqlayıb: "Partiyada dəstəklənmədiyim üçün istefa verirəm".

Xatırladaq ki, kansler qaçqınlarla bağlı qanunlara, eləcə də prezident seçkilərində partiyasının zəif nəticə göstərdiyinə görə tərəfdarları tərəfindən sərt tənqid edilirdi.

Bəkir


Müəllif: