9 May 2016 19:43
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran vətəndaşların Həcc ziyarətinə qadağa qoyub. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səəbəb ötən il Həcc ziyarəti zamanı yaranan qəza nəticəsində çoxlu saydı iranlının ölməsidir.

Ölkənin xarici işlər nazirinin müşaviri Hüseyn Cabiri Ensari bildirib ki, Minada baş verən qəzada 400-ü iranlı olmaqla 2 minə yaxın ziyarətçi ölüb: "Səudiyyə yetkililəri bəzi tədbirlər görməli idilər. Viza məsələsi də sadələşdirilməli idi. Təəssüf ki, bu günə qədər heç bir addım atılmayıb. Biz vətəndaşlarımızın Həccə getməsini istəyirik. Təəssüf ki, Səudiyyə bizə əlavə əngəllər yaradır".

Ayxan


Müəllif: