18 İyun 2014 20:06
370

Poroşenko: “Ali Rada özünü buraxmalıdır”

Ukrayna prezidenti Poroşenko ölkə parlamentinin Ali Radanın özünü buraxmasını gözləyir.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi verdiyi məlumata görə, bu barədə jurnalistlərə bu gün Poroşenkonun özü məlumat verib. “Mən parlamentin öz qərarını gözləyirəm” deyə, o, vurğulayıb.

Dövlət başçısı bildirib ki, erkən parlament seçkilərinin keçirilməsində ilk növbədə, cəmiyyətin özü maraqlıdır. Belə ki, keçirilən sosioloji sorğuların nəticələrinə görə, ölkə əhalisinin 80 faizi bütövlükdə hakimiyyətin yenilənməsini tələb edir.

Poroşenko söyləyib ki, xalqın rəyi ilə hesablaşmamağa heç kəsin haqqı yoxdur: “Mən başa düşürəm ki, kimsə hələ də parlamentdə əyləşmək istəyir, başqa birisi maliyyə axınlarına öyrəşib. Lakin məsuliyyət daşımağı bacarmaq lazımdır, parlament məsuliyyət daşımalıdır”.

Prezident vurğulayıb ki, məhz parlamentin indiki tərkibi yanvarın 16-da qəbul etdiyi yanlış qərarlarla Maydanda çoxsaylı qurbanlara yol açıb.

Nail Cəlil


Müəllif: