10 May 2016 01:52
219

İsveçin baş nazirinin iqlim və regional məsələlər üzrə müavini Asa Romson istefa verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qərarı baş nazir Stefan Löfven açıqlayıb.

Bir neçə gün öncə şəhərçilik və inşaat naziri Mehmet Kaplan da istefa vermişdi. Hər iki şəxsin istefasına səbəb təmsil olunduqları partiyanın seçkilərdə zəif nəticə əldə etməsidir.

Qeyd edək ki, parlament seçkilərində İsveçin hakim Yaşıllar Partiyası gözlənildiyindən az səs toplayıb.

Ayxan


Müəllif: