18 İyun 2014 23:19
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO öz ərazisinin təhlükəsizliyinin qayğısına qalmalıdır”.

Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə səlahiyyətli şəxsi Viktoriya Nuland çıxış edib.

O, NATO-ya üzv olan ölkələrin müdafiə xərclərini artırdığını bildirib:

“Postsovet məkanında Rusiya hərbi bazası təhlükə yaradır. Onların olduğu yerdə münaqişələr başlayır. Ukraynada olan hadisələr Balkan müharibəsindən bu yana ən böyük təhlükəsizlik siqnalı olub. Uzun illərdən sonra ilk dəfə NATO-ya üzv olan ölkələr müdafiə xərclərini artırmaq haqqında düşünürlər. Alyansın üzvləri, xüsusilə Şərqi Avropa hərbi gücünü artırmaq və müdafiə sistemini gücləndirməyə məcburdular”./axar/


Müəllif: