10 May 2016 20:29
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə” terror təşkilatı Suriyada öz xilafətini qurmağa çalışır.

Teleqraf.com xəbər verir ki, belə bir iddianı Almaniyanın “Die Welt” qəzeti irəli sürüb. Nəşr bildirib ki, təşkilatın liderlərindən olan Ayman əz-Zəvahiri Suriyadakı “Əl-Qaidə” döyüşçülərinə audio-müraciət ünvanlayıb: “Müraciətdə bildirilib ki, terrorçular Suriyada birləşməlidir və öz xilafətini qurmalıdır”.

Bundan başqa Zəvahiri müraciətində belə bir xilafətin yaradılması üçün öz hakimiyyətindən əl çəkə biləcəyini və bütün idarəetməni ən-Nusra Cəbhəsinə verməyə hazır olduğunu qeyd edib: “Əgər onlar xilafət qurub, imamını seçsələr, bu bizim də seçimimiz olacaq”.

Samir


Müəllif: