19 İyun 2014 00:08
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyadan gələn və qeyri-leqal miqrantları daşıyan gəmi Malayziya sahillərində batıb.

İlkin məlumata görə, 8 nəfər ölüb və 28 nəfər itkin sayılır.

Kiçik gəmi sahildəki Bantinq şəhərinin təxminən üç kilometrində yerləşən Malak boğazında batıb.

Hazırda polis qəzadan qurtulmuş 60 nəfəri dindirir, xilasedicilər isə insanları axtarmaqla məşğuldur./anspress/


Müəllif: