11 May 2016 10:46
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt tənqidçisi kimi tanınmış keçmiş nazir və millət vəkili Yaşar Okuyan sensasiyalı iddia ilə çıxış edib.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Yaşar Okuyan ABŞ, İngiltərə və İsrailin Ərdoğanı devirmək planı hazırladıqlarını bildirib.

Yaşar Okuyan deyib ki, həmin qüvvələrin təmsilçiləri artıq Abdullah Güllə bu istiqamətdə danışıqlar aparıblar, Əhməd Davudoğlu, Əli Babacan kimi şəxslərlə də təmas gündəmdədir. Yaşar Okuyan görüşün təşkil olunduğu ünvanı da göstərib. Onun sözlərinə görə, görüş Sakib Sabançı Muzeyinin yanındakı köşkdə keçirilib.

Görüşə Abdullah Gülün, CHP-dən bir millət vəkilinin, İngiltərə səfirinin, ABŞ və İsrail baş konsullarının qatıldığı iddia edilib.

Sabiq nazir hakimiyyətə gətirilməsi planlanan qüvvələrlə bağlı qorxunc proqnoz verib. Yaşar Okuyanın sözlərinə görə, Amerika projesi ilə Ərdoğandan sonra hakimiyyətə gələsi iqtidar Türkiyənin bölünməsinə imza atacaq.

Əslən Rizəli olan Yaşar Okuyan 1949-cu ildə İstanbulda doğulub. Bir müddət jurnalistika ilə məşğul olub. Siyasi fəaliyyətə MHP-də başlayıb, sonra CHP-yə keçib.

Məsud Yılmazın qurduğu ANAP-dan millət vəkili seçilsə də ülkücü kimi tanınıb. Əmək və Sosial Təhlükəsizlik naziri olub. Hazırda Vətən Partiyasının sədr müavinidir.

Mahir


Müəllif: