11 May 2016 12:04
262

Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Nigeriyadakı korrupsiya faktları ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin prezidentini təəccübləndirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kemeron Nigeriya və Əfqanıstanı dünyanın ən korrupsioner ölkələri adlandırıb.

Nigeriya prezidenti Məhəmməd Buxari isə bu sözlərdən sarsıldığını və təəccübləndiyini bildirib.

Qeyd edək ki, Kemeron bu fikiləri kraliça II Yelizavetanın 90 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Samir


Müəllif: