19 İyun 2014 00:37
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quru, hava, hərbi dəniz qoşunları sırasına dördüncü ordu növü də daxil olacaq

Ukraynanın müdafiə nazirliyi yeni təyinatlı ordu birləşməsi - xüsusi əməliyyat qoşunu yaratmağı qərara alıb. Teleqraf.com-un TSN.ua-ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistləri bu gün müdafiə naziri Mixail Koval məlumatlandırıb.

O, qeyd edib ki, müvafiq qoşun növünün yaradılması Ukraynanın şərqində baş verənlərlə bilavasitə bağlıdır: “Beləliklə, quru, hava, hərbi dəniz qoşunları sırasına xüsusi əməliyyat qüvvələri də daxil olacaq. Yeni silahlı qüvvələr adları çəkilməyən bir sıra hərbi hissələrin bazası əsasında yaradılacaq”.

Nail Cəlil


Müəllif: