19 İyun 2014 00:57
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadağanı pozanlar 10 min dollar cərimə ediləcək

Yaponiya parlamenti uşaq pornoqrafiyasını əks etdirən foto və videogörüntüləri saxlamağı qadağan edən qadağan edən qanun qəbul edib. Teleqraf.com-un ru.tsn.ua-ya istinadən verdiyi məlumata görə, bu qaydanı pozanlar yeni qanuna əsasən, bir il həbs cəzasına məhkum edilməklə cəzalandırılacaq.

Bundan əlavə, qanunu pozanlar 10 min dollar həcmində cərimə olunacaqlar. Eyni zamanda, qanunu pozanlara müvafiq materiallardan imtina etmək üçün bir il vaxt veriləcək. Lakin qanun uşaqlarla seksi təsvir edən animasiyanın saxlanılmasına və istehsalına görə, cinayət məsuliyyəti nəzərdə tutmur.

Nail Cəlil


Müəllif: