11 May 2016 15:27
726

Türkiyənin müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıcdaroğlu prezidentlik sisteminin tətbiqinə sərt tənqidi münasibət bildirib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Kılıcdaroğlu belə bir sistemin qan tökmədən qurulmayacağını deyib:

"Bu, necə prezidentlik sistemi olacaq? Bir nəfər danışacaq, Türkiyə qulaq asacaq. Bir nəfər danışacaq, hakim ona uyğun qərar verəcək. Bir nəfər danışacaq, millət vəkilliyinə namizədlərin siyahısı tutulacaq. Bir nəfər danışacaq, onun istədiyi adam həbsə atılacaq.

Belə bir sistemi qan tökmədən bu ölkədə gerçəkləşdirə bilməzsən. Açıq və qəti..."

Mahir


Müəllif: