12 May 2016 20:25
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada aprel ayı üzrə avtomobil satışı son 10 ildə ən aşağı səviyyədə olub.

Teleqraf.com RİA Novostiyə istinadən xəbər verir ki, apreldə avtomobil satışı 8.5 faiz aşağı düşüb.

Avtomobil İstehsalı Komitəsindən verilən məlumata görə, ötən ay cəmi 121 min yeni maşın satılıb. Ekspertlər bildirirlər ki, Rusiyada böhran davam etdiyi üçün avtomobil bazarında sabitləşmə müşahidə edilmir.

Ayxan


Müəllif: