19 İyun 2014 11:49
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barak Obama hərbi təyyarələrin kəşfiyyat xarakterli manevrlərinə icazə verdi

ABŞ qırıcıları İraqda şiddətlənən daxili hərbi toqquşmalar fonunda bu ölkənin səmasında fəal uçuşlara başlayıb.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, F-18-lərin hələlik müşahidə xarakteri daşıyan uçuşları İran körfəzində yerləşən “Corc Buş” hərbi nəqliyyat gəmisindən həyata keçirilir.

Kəşfiyyat xarakterli uçuşlar ABŞ prezidenti Barak Obamanın İraqda təhlükəsizliyin gücləndirilməsinin zəruriliyini bəyan etdikdən sonra başlayıb. Barak Obama İraq üzərində həm pilotlu, həm də pilotsuz təyyarələrin hərbi təyinatlı uçuşlar keçirməsinə icazə verib.

Bir müddət əvvəl ABŞ prezidenti qeyd etmişdi ki, ölkəsi öz qoşunlarını təkrarən İraqda müharibəyə göndərmək fikrində deyil. O, eyni zamanda, vurğulamışdı ki, İraq hökumətinə yardım göstərilməsi üçün digər vasitələr nəzərdən keçirilir.

Nail Cəlil


Müəllif: