15 May 2016 14:38
134

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov mayın 16-17-də İrana səfər edəcək.

Xidmətin KİV-lərlə əlaqə şöbəsindən bildiriblər ki, A.Belyaninov İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Masud Karabasiani ilə danışıqlar aparacaq.

Danışıqlar zamanı “Sadələşdirilmiş gömrük dəhlizi” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihələrinə dair müzakirələrin aparılacağı gözlənilir.

“Sadələşdirilmiş gömrük dəhlizi” layihəsi Rusiya ilə İran arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin informasiya mübadiləsini nəzərdə tutur.

Azərbaycanın da daxil olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizi Helsinkidən başlayaraq Cənub-Qərbi Asiyayadək olan 7 min kilometrdən artıq məsafədə yük daşınması üçün nəzərdə tutulmuş multimodol marşrutdur.


Müəllif: