17 May 2016 23:52
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-in Ali Komissarlığı Krımı işğal edən Rusiyanın yarımadada insan haqlarını kobud şəkildə pozduğunu, etniklərə qarşı zor işlətdiyini, diskriminasiya siyasəti yürütdüyünü bildirib.

Komissarlığın nümayəndəsi Rupert Kolville Krım tatarlarının deportasiyasının 72-ci il dönümündə çıxış edərək qeyd edib ki, son iki ildə tatarlara qarşı təzyiqlər daha da güclənib.

"Ali Məhkəmənin 26 aprel tarixli qərarı ilə Krım Tatar Məclisinin fəaliyyətinin qadağan edilməsindən narahatıq. Məclisin radikal təşkilat kimi tanınması tatarların haqqının pozulmasıdır və gələcəkdə onlara qarşı təzyiqlərin güclənəcəyindən xəbər verir", deyə Rupert Kolville bildirib.

Ayxan


Müəllif: