18 May 2016 08:51
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

BBC bir neçə elektron resursunu, o cümlədən "Newsbeat" saytlarını bağlayır. Teleqraf.com xəbər verir ki, bu barədə media qurumunun özü məlumat yayıb. Məqsəd xərclərə 15 milyon funt həcmdə qənaət planının bir hissəsinə əməl etməkdir.

BBC-nin "Onlayn" xəbər jurnalı da bağlanacaq. İnsnaların müxtəlif mövzularda sullarını cavablandıran "iWonder" saytı da bu siyahıdadır.

Səyahət xəbərləri hələ onlayn yayımlansa da, səyahət saytı da bağlanacaq. Lakin BBC-nin qida saytı bağlansa da, BBC-nin dünya üzrə yemək saytı fəaliyyətini davam etdirəcək.


Müəllif: