19 İyun 2014 13:59
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam islam dövləti” (İŞİD) terrorçu qruplaşması iyunun 18-i “Twitter” səhifəsində bəyanat yayaraq İranı təhdid edib.


“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Rafizilər (şiələr nəzərdə tutulur – red.) bilməlidir ki, bizim niyyətimiz Nəcəf, Kərbəla və Samirədəki şirk simvollarını (şiə ziyarətgahları – red.) dağıtmaqdır. Biz İraqda həmin simvolları dağıdandan sonra İrana gələcək, bu ölkənin Məşhəd şəhərini yerlə yeksan edəcəyik”.


Bəyanatın sonunda deyilir ki, dünya müsəlmanları yer üzünü “rafizilər”dən silib təmizləmək üçün səfərbər olmalı, əsl islamın tezliklə dünyaya hakim olması üçün çalışmalıdır.


Müəllif: