19 İyun 2014 14:20
2 408

İŞİD-ın Suriyadakı "əmir"lərindən biri olan Əbubəkr Misriylə bağlı "Nusra cəbhəsi"nə yaxın olan saytlar video paylaşıblar

"Bu ayağını ayağının üstünə qoyub oturan İŞİD-ın Suriyadakı əmirlərindən biri (Carablus) Əbubəkr Əl Misridi. Yaşlı bir şəxsə İslamla bağlı təməl bilgiləri soruşur. Bu şəxsdə bu suallara cavabı bilmir. Bəlkə də, bu şəxs ağlı yerində olmayan biridir(videodan da psixoloji durumdan xəstə şəxsə oxşayır). Ona görə ki, o Peyğəmbər, din heç bir şey bilmir. Heç bir şeyə cavab verə bilməyən şəxsi qorxutmaq məqsədilə Əl Misri silah çıxarır. Qorxusundan bu xəstə şəxs Əl Misrinin əl ayağını öpməyə başlayır, digər İŞİD döyüşçüləri isə gülməyə başlayırlar. Əl Misri yaşlı kişinin başına vurur, deyirki sən Rəsulu tanımırsan. O isə "sən mənə öyrət". İŞİD-ın Suriyadakı əmirlərindən biri Əbubəkr Əl Misri "mən öyrədim?" sualını verərək silahını hazır vəziyyətə gətirir. Bütün bu olanları İŞİD-çılar videoya çəkir."

Qeyd edək ki, bu video sosial şəbəkələrdə müzakirəyə çıxarılıb və təkcə "youtube" video portalında 340 mindən çox baxılıb.


Müəllif: