19 İyun 2014 14:54

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Fransanın “Paris Match” qəzetinə müsahibə verib.

Müsahibəsi zamanı jurnalistin verdiyi siyasi və iqtisadi sualları cavablandıran Ərdoğan Braziliyada davam edən Dünya Çempionatından da danışıb.

Jurnalistin, “70-ci illərdə yarımpeşəkar futbol oynamışınız. Dünya Çempionatının oyunlarını izləyirsinizmi? Kimin çempion olacağını düşünürsüz?” sualına Türkiyə Baş naziri belə cavab verib:

“Bəzi oyunları izləməyə səy göstərirəm. Bu Dünya Çempionatı sürprizləri ilə yaxşı başladı. Fransa yığmasında Riberi və Samir Nəsrinin olmamasına pis oldum. Təəssüf ki, Türkiyə son anda məğlub oldu. Amma biz Hollandiya ilə eyni qrupda idik. Onların uğur qazanacağını düşünürəm”./axar/


Müəllif: