19 May 2016 10:15
254

ABŞ-da həbs olunmuş İran əsilli türk biznesmeni Rza Zərrab vəkilləri vasitəsi ilə 50 milyon dollar girov müqabilində ev dustaqlığına buraxılması istəyilə məhkəməyə müraciət edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Nyu-Yorkun Manhattan əyalətində, Metropolitan həbsxanasında saxlanan Rza Zərrab öz tələbini federal məhkəməyə təqdim edib.

Rza Zərrab sərbəst buraxılarsa Cənubi Manhattanın sərhədlərindən kənara çıxmayacağı öhdəliyi götürəcək, evinin qarşısında iki silahlı polis növbə çəkəcək.

Eyni zamanda o, peyk müşahidəsi altında olacaq.

Mahir


Müəllif: