19 İyun 2014 15:53
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtında təhlükəsizlik tədbirləri gücləndirildi

İraqın paytaxtı Bağdadda terror təşkilatı IŞİD-in silahlı qruplarının mümkün hücumlarına qarşı təhlükəsizlik tədbirləri artırılıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri xüsusilə dövlət binalarının ətrafında, izdihamlı meydanlarda və xalqın sıx istifadə etdiyi yollarda nəzarət-yoxlama tədbirlərini ciddi şəkildə artırıblar. Yollarda hərəkət edən nəqliyyat vasitələrinə yoxlama nöqtələrində detallı bir şəkildə nəzarət edilir.

Vəziyyətin ağır olduğu kritik bölgələrdə polislə birlikdə asayişi qoruyan hökumət qüvvələrinə bağlı könüllülər ağır silahlarla silahlanıblar. Bütün şübhəli nəqliyyat, əşyalar və yerlər xüsusi detektorların köməyi ilə yoxlanılır.

Ölkənin ikinci böyük şəhəri Mosulun ələ keçirilməsindən sonra IŞİD-in fəal döyüşlər apararaq, Bağdada yaxşınlaşması İraq hökumətini paytaxtın müdafiəsi üçün təxirəsalınmaz tədbirlər görməyə vadar edib.

Qeyd edək ki, İŞİD qruplaşmasının Bağdadın 60 kilmetrliyinə qədər irəliləməsi paytaxt əhalisində ciddi təşviş və narahatlıq yaradıb.Hazırda şəhərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi səbəbindən nəqliyyatın hərəkətində fasilələr, ləngimələr yaşanır.

Nail Cəlil


Müəllif: