21 May 2016 12:54
168

Ağ Evin mühafizəçiləri prezident iqamətgahına yaxınlaşan silahlı şəxsi güllələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Verilən məlumata görə, adı açıqlanmayan şəxs buraxılış postuna yaxınlaşaraq silah çıxarıb. Hadisə nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd olunur ki, hadisə vaxtı prezident Barak Obama “Endryus” hərbi bazasındadır.

İlhamə


Müəllif: