21 May 2016 12:02
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusuna aid helikopterlər Hələbi bombalayıb.

Teleqraf.com “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, Hələbin Anadan rayonu ilə Han Asel diyarının maye bombaları ilə bombalaması nəticəsində 7 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

Agentliyin müxbirinin mülki müdafiə qoşunlarından əldə etdiyi məlumata görə, Hələbin şimalındakı Anadan rayonu ilə şəhərin qərbindəki Anadan bölgəsinə edilən hücum nəticəsində həlak olanlar arasında qadın və uşaqlar da var. Yaralılar sözügedən rayonun və diyarın səhra xəstəxanasına aparılıblar.

Maye bombaları çəlləklərin içərisinə müxtəlif yandırıcı və partlayıcı maddələrin, şarapnel parçalarının qoyulmnası yolu ilə hazırlanır. Xüsusən yüksək miqdarda partlayıcının istifadə edilə bilməsi, ucuzluğu və hazırlanmasının asanlığı səbəbindən bu partlayıcıdan istifadə olunur.

Bu bombalarla hədəfi vurmaq çətin olsa da,yüksək dağıdıcı gücü bu əskikliyi aradan qaldırır. Heç bir hədəf güdmədən və əsasən mülki insanlara qarşı istifadə olunduğu üçün BMT Təhlükəsizlik Şurası bu bombadan istifadə edən dövlətlərı qınayıb.

Səxavət


Müəllif: