21 May 2016 15:15
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tel-Əvivdəki Baş Konsulluğu qarşısına toplaşan bir qrup fələstinli Bəşər Əsəd rejimi və Rusiyanın Suriyadakı qətliamlarına etiraz ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aralarında İsrail Knessetindəki fələstinli deputatlardan Talib Əbu Arar və Fələstin İslami Hərəkatının liderlərindən Şeyx Həmad Əbu-Dibasın da olduğu 50 nəfərlik qrup Vladimir Putin və Bəşər Əsəd əleyhinə şüarlar səsləndiriblər. Qrup üzvləri əllərində Suriyada yaralanan uşaqların rəsmləri ilə yanaşı “Putin və Əsəd uşaq qatilidir”, “Rusiya terrorizmin sponsorudur” və “Rus terroruna yox” yazılı plakatlar qaldırıblar.

Etirazçılar Rusiyadan Suriyadakı hava zərbələrinə son qoymasını tələb ediblər.

Fələstin İslami Hərəkatı tərəfindən təşkil edilən aksiya iştirakçısı Əbdülməlik Taamşi müsəlmanların tarixən rus terrorizmindən əziyyət çəkdiklərini bildirib: “Ruslar öz ölkələrində və Orta Asiyada da daha əvvəllər milyonlarla müsəlman öldürüblər. Rusların gündəmi hər zaman müsəlmanların əleyhinə olub. Hazırda hər gün rus təyyarələrinin Suriya xalqını bombaladığını görürük. İnşallah, ruslar Suriyadan Əfqanıstanda olduğu kimi arxalarına baxmağa fürsət tapmadan qaçıb gedəcəklər”.

Etiraz aksiyası zamanı İsrail polisi ərazidə ciddi təhlükəsizlik tədbiri həyata keçirib.

Səxavət


Müəllif: