19 İyun 2014 19:12
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası Cinayət Məcəlləsinə müvafiq düzəliş və əlavələr edib.

Ukraynanın Ali Radası bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə separatçılın maliyyələşdirilməsinə və dövlət hakimiyyətinin zorakılıqla qəsb edilməsinə görə, məsuliyyət nəzərdə tutan düzəliş və əlavələri qəbul edib. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, separatçıların maliyyələşdirilməsi müqabilində 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Konstitusiya quruluşunun devrilməsində və ya dövlət çevrilişinə cəhddə iştirak edənlər isə 5 ildən 7 ilədək həbs cəzasına məhkum ediləcək. Edilən dəyişikliklərə iclasda iştirak edən 314 deputatdan 238-i səs verib.

Cinayət Məcəlləsinə əlavə edilən 110-1 saylı maddəyə görə, müvafiq şəxslər əmlakı müsadirə edilməklə məhkum olunacaq. Eyni zamanda, onlara daha 2 il ərzində müəyyən fəaliyyətlə məşğul olmaq qadağan ediləcək.

Nail Cəlil


Müəllif: