21 May 2016 15:28
521

“İslam Dövləti” hərbi-terror qruplaşması Rakka şəhərinin sakinlərinə hər hansı səbəbdən şəhəri tərk etməyi qadağan edib.

Teleqraf.com “Sputnik” agentliyinə istinadən xəbər verir ki, yaraqlılar öz ailələrini Dey-əz-Zor istiqamətinə köçürməyə başlayıblar. “İslam Dövlətin”nin “paytaxtı”nı ilk növbədə xarici muzdluların ailələri tərk edib. Eyni zamanda terrorçular Tabaka şəhərindən Rakkaya çəkilməyə və şəhərdəki həbsxanalardan məhkumları azad edərək onları silahlandırmağa başlayıblar.

Rakkadan 37 kilometr şimalda kürd yaraqlılarının dəstələri möhkəmləniblər. Bir qədər əvvəl isə NATO-nun radiolokasiya vasitələri ilə təchiz olunmuş “AVAKS” təyyarələrini ABŞ-ın başçılığı ilə Suriyada “İslam Dövləti”nə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya verəcəyinə dair məlumat yayılıb.

Səxavət


Müəllif: