22 May 2016 20:13
201

Suriya müxalifəti Hələb şəhəri ətrafından keçən yola son bir neçə ayın ən güclü hava zərbələrinin endirildiyini bildirib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu xəbəri Britaniyada yerləşən Suriyada İnsan Haqları monitorinq mərkəzi də təsdiqləyib.

Fevral ayında hərbi əməliyyatlara son verilməsi barədə qərarın qəbul olunmasına baxmayaraq, son bir neçə həftə ərzində hökümət qoşunları üsyançıların nəzarətində olan əraziləri hava zərbələri və artilleriya atəşinə tutur.

Hələb şəhərinin şərq hissəsi üsyançıların, qərb hissəsi isə hökümət qoşunlarının nəzarəti altındadır.

Cümə günü Rusiya Müdafiə Nazirliyi ABŞ-a Suriyada cihadçıların mövqeyini havadan birlikdə bombalamağı təklif etdiyini bildirmişdi.

Vaşinqton belə təklifin edilmədiyini bildirib. Ötən həftə Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya mayın 25-dən başlayaraq hərbi əməliyyatları birtərəfli qaydada dayandırmayan dəstələri məhv etmək hüququnu özündə saxlayır. Suriyada atəşkəs razılaşması fevaral ayından qüvvəyə minib.

Atəşkəsin şərtləri özünü İslam Dövləti adlandıran qrupu və digər ekstremist təşkilatları əhatə etmir.


Müəllif: