22 May 2016 20:54
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın kəşfiyyat agentliyi Taliban lideri Akthar Mansurun ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbədən sonra Pakistan ərazisində öldüyünü təsdiqləyib.

Milli təhlükəsizlik idarəsi bildirib ki, Mansur mayın 21-də başqa yaraqlılarla nəqliyyat vasitəsində Pakistanın Belucistan əyalətinə doğru hərəkət edirmiş .

Mayın 22-də Pentaqon Mansurun ölməsini ehtimal edən xəbər yaymışdı.

Pakistanın kəşfiyyat əməkdaşları havadan hücum zamanı iki nəfərin öldüyünü, onların cəsədinin yanğın nəticəsində tanınmaz hala düşdüyünü bildirmişdilər.

Taliban komandiri Mullah Abdul Rauf Akthar Mansurun Əfqanıstanla Pakistan sərhədində dron zərbəsi nəticəsində öldüyünü söyləsə də, başqa talibançılar bu xəbəri təkzib edirlər.

Mansur 2015-ci ilin iyulundan, Taliban lideri Mullah Mohammad Omarın ölüm xəbəri təsdiqləndikdən sonra talibanlara başçılıq edirdi.


Müəllif: