24 May 2016 11:29
207

ABŞ-ın Milli Atıcılıq Assosiasiyası Donald Trampın Respublikçılar Partiyasından prezidentliyə namizədliyini rəsmən dəstəkləyib.

Teleqraf.com "Euronews" kanalına istinadla xəbər verir ki, "silah lobbisi"nin Kentukki ştatının Luisvill şəhərindəki konfransına qatılan Donald Tramp rəqibi Hillari Klintonu Amerika vətəndaşlarına silah satışını qadağan edən ikinci konstitusiya düzəlişinə tərəfdar çıxmaqda ittiham edib.

Tramp çıxışında Paris terrorunu misal gətirərək deyib ki, terror törədənlər həmin vaxt insanlarda silah olduğunu bilsəydilər bu qədər ölən və yaralanan olmazdı.

Donald Tramp Respublikçılar Partiyasından namizədliyinin irəli sürülməsi üçün yetərli olan 1237 səsi yığa bilməyib. Ancaq onun bu həddə yaxın olduğu bildirilir.

Mahir


Müəllif: