25 May 2016 11:57
197

London və Nyu-York birjalarındakı elektron təcarətində dünya üzrə neftin qiyməti yenə artır.

Bu barədə "Gazeta.ru" saytı xəbər verir.

Nyu-York əmtəə birjasında (NYMEX) yüngül neft markası WTI-ın bir barelinin iyul fyuçerslərinin qiyməti 1,3% artaraq 49,25 dollara çatıb.

Londonun İCE birjasında "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 0,18% artaraq 49,14 dollara yüksəlib.(Trend)


Müəllif: