25 May 2016 13:51
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Sovet istehsalı olan silahlardan imtina edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze deyib.

Onun sözlərinə görə, bu cür silahlardan imtinadan sonra Gürcüstan ABŞ-dan hərbi texnika almağa başlayacaq. Kapanazde bildirib ki, hazırda bununla bağlı danışıqlar davam edir:

"Bu, daimi prosesdir. Biz hərbi texnikanı yeniləmək istəyirik. Biz Sovet istehsalı texnikalardan imtina edib, müasir tipli silahlar əldə etmək fikrindəyik. Ancaq bunu mərhələli şəkildə həyata keçirəcəyik. Bunun üçün işlər davam etdirilir".

Samir


Müəllif: