25 May 2016 16:44
832

Rusiya prezidenti Vladimir Putin ukraynalı pilot Nadejda Savçenkonu əfv edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Putin Donbasda öldürülən jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin həyat yoldaşları ilə görüşdən sonra bu qərarı verib.

Məlumatlara görə, onlar Rusiya prezidentindən Savçenkonun azad olunmasını xahiş ediblər.

Digər məlumatda isə bildirilib ki, bunun qarşılığında Ukrayna prezidenti Petro Poroşenko da rusiyalı xüsusi təyinatlılar Aleksandr Aleksandrov və Yevgeni Erofeyevi əfv edib.

Samir


Müəllif: