26 May 2016 10:55
274

İranın Həcc və Ziyarət Şurasının nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşüb.

Teleqraf.com "Farsnyus" agentliyinə istinadla xəbər verir ki, iki ölkənin müvafiq qurumları həcc ziyarətini yenidən müzakirə edəcəklər.

İran rəsmisi Höccətüslam Şahsevarinin məlumatına görə, nümayəndə heyətini Səudiyyə Ərəbistanının Həcc Nazirliyi dəvət edib.

Şahsevari iki ölkə arasında Həcc ziyarəti ilə bağlı ölkə arasında problemlərin, o cümlədən viza məsələsinin çözüldüyünü deyib.

İran ötən il həcc mərasimində çoxsaylı zəvvarların ölümünə səbəb olan hadisədən sonra Səudiyyə Ərəbistanına müəyyən şərtlər irəli sürmüş, əks halda bu il həcc ziyarətinə zəvvar göndərməyəcəyini bəyan eləmişdi.

Mahir


Müəllif: