27 May 2016 12:53
313

İslam dünyası Ramazan ayını eyni tarixdə qeyd etmək üçün bir araya gəlir

Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Qəndilli Rəsədxanası və İslam Hilal Müşahidə Layihəsinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Konqresə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaqlar. Konqresin keçirilməsində əsas məqsəd bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələlərinin müzakirəsidir.

50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilən Konqresdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.

Nemət


Müəllif: