20 İyun 2014 12:42
547

NATO baş katibi Andres Foq Rasmussen bəyan edib ki, Rusiya beynəlxalq ekoloji QHT-lərə təsir edir. Bəyanatda deyilir ki, Rusiya Avropada qaz ehtiyatlarının axtarışına mane olmaq istəyir, bunun üçün də ekoloji təşkilatlara təsir etməyə çalışır.

“Greenpeace” ekoloji təşkilatı isə ittihamları "mənasız" adlandırıb.

“Bu ideya o qədər ağlısığmazdır ki, istər-istəməz bir sual yaranır: qərargahda nə çəkirlər ki, bu fikir onların ağlına gəlib? Rasmussen təxəyyülündə yaratdığı konspirasiya teoriyasına daha az vaxt ayırıb, faktlara daha çox diqqət yetirsə, yaxşı olar”, - deyə təşkilatın rəsmiləri bildirib.

Qeyd edək ki, Rasmussen iki gün öncə Londonda çıxışı zamanı bu bəyanatı verib. Çıxışının sonunda isə NATO baş katibi bildirib ki, bu qənaətə gəlməyə onu bir neçə amil vadar edib.

Şist qazın əldə olunması üçün, plastın parçalanması texnologiyasından istifadə edilir. Bu texnologiyanın tətbiqi, ətraf mühitə, xüsusilə suya mənfi təsir göstərir, zəlzələlərin yaranmasına əsas yaradır.

Avropa ölkələrinin rəhbərləri bu texnologiyaya birmənalı münasibət bəsləmir. Fransa və Almaniya hökumətləri hesab edir ki, plastın parçalanması texnologiyaya qadağa tətbiq edir, Böyük Britaniya isə buna icazə verib.

Ətraf mühitin qorunması ilə məşğul olan QHT-lər şist qazın alınmasının əleyhinə etiraz aksiyaları keçirir. “Frekinq yolu ilə əldə olunmuş qaz Rusiyadan mədaxil olunan qazdan daha baha başa gələcək”, - deyə, “Greenpeace” təşkilatı ehtimal irəli sürür.

Eyni zamanda, təşkilatdan verilən məlumata görə, şist qaz “Avropanın qaz tələbatının yalnız kiçik bir hissəsini ödəyə biləcək”.

Ülviyyə


Müəllif: