20 İyun 2014 12:46
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada anti-terror əməliyyatı zamanı silahlıların əsas yüksəkliklərdə olan blok post və pusquları hökumət silahlıları tərəfindən ələ keçirilib. İntensiv döyüş zamanı 4 hərbçi həlak olub, 20 nəfər isə yaralanıb.

Bu barədə məlumatı ATƏ spikeri Vladislav Seleznyov Facebbok sosial şəbəkəsində yazıb.

“ATƏ qüvvələri Yampol və Zakatnoe yaşayış məntəqələrində qarşılarına qoyduqları məqsədləri yerinə yetirməkdə davam edir. Silahlılar üçün bu məntəqələr strateji əhəmiyyət daşıyır. Belə ki, Slavyanska məhz bu məntəqələr vasitəsi ilə hərbi sursat ötürülürdü. İntensiv döyüşlər zamanı ATM qüvvələri silahlıların blok postlarını və pusqularını məhv edib. Yüksəkliklər yenidən ələ keçirilib”, - deyə, Seleznyov xəbər verir.

Onun sözlərinə görə, silahlılar müqavimət göstərməkdə davam edir. Onlar gizlənərək atəş açır və ATƏ qüvvələrinə hücum çəkirlər.

“Ukrayna ordusuna atəş açan snayperlərdir. Cavabında ATƏ düşməni zərərsizləşdirmək üçün adekvat hərəkət edir. Ilk növbədə snayperlər və reaktiv sistemlərin operatorları hədəfdədir. Ilkin hesablamalara görə, artıq 200 separatçı məhv edilib. Yaralıların sayı daha çoxdur”, - deyə ATƏ spikeri qeyd edir.

Ülviyyə


Müəllif: