20 İyun 2014 13:05
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstaanın Varna şəhərində təbii fəlakət azı 11 nəfərin ölümü ilə nəticələnib. Verilən məlumata görə, daşqın nəticəsində 3 nəfərdən ibarət ailə həyatını itirib. Xilasetmə işləri aparılarkən 5 yaşlı uşağın meyitinin aşkarlandığı da bildirilir. Həlak olanların sayının artacağı istisna olunmur.

Şəhərdə fövqəladə vəziyyət elan olunub. Güclü yağışlar nəticəsində yenidən daşqın baş verəcəyi gözlənilir.

Leysan yağışları daşqına səbəb olub. Varnanın küçələrini su basıb. Sel hətta avtomobilləri aparır. Yaşayış evlərinin əksəriyyəti suyun altında qalıb.


Şəhərin əksər rayonlarında elektrik enerjisinin təminatı dayandırılıb, yaxın vaxtda bərpası gözlənilmir. Təbii fəlakət nəticəsində Varnanın Qara dəniz limanı ziyan çəkib.

İctimai nəqliyyatın hərəkəti dayandırılıb. Təcili tibbi yardım maşınları yaralılara yardım etmək üçün hadisə yerinə gələ bilmirlər.


Ölkənin baş nazirini müavini xilasetmə işlərini koordinasiya etmək üçün fəlakətin yaşandığı şəhərə gəlib.
İyunun 23-ü matəm günü elan olunub.

Ölkə rəhbərliyi həlak olanların ailələrinə başsağlığı verib.

Ülviyyə


Müəllif: