29 May 2016 21:59
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun fəth edilməsinin 563-cü ildönümü ilə bağlı şəhərin Yenikapı bölgəsində izdihamlı mitinq keçirilib.

Dövlət və hökumət rəhbərlərinin qatıldıqları mitinqdə ölkə ictimaiyyətinin ayrı-ayrı təbəqələrindən olan on minlərlə vətəndaş iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman mitinqdə çıxış ediblər.

Çıxışlarda Türkiyə xalqının şanlı dövlətçilik tarixi, o cümlədən Türkiyə dövlətinin müasir inkişaf istiqamətləri, həmçinin Osmanlı padşahı Fateh Sultan Mehmetin şərəfli döyüş yolu barədə fikirlər səslənib.

Mitinqdə Türkiyə bayraqları ilə yanaşı, Azərbaycan bayraqları da dalğalandırılıb.

Rəsmi hissədən sonra “Türk yıldızları” İstanbul səmasında möhtəşəm uçuşlar nümayiş etdiriblər.

Sonra İstanbulun hərbi fəthinə aid döyüş səhnələrini tərənnüm edən bədii hissə olub.


Müəllif: