30 May 2016 19:49
220

Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizalasız gediş-gəlişi üçün Ankaranın qarşısında qoyulan beş şərtdən üçü yerinə yetirilmək üzrədir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, öhdəliklərin yerinə yetirilməsi istiqamətində Türkiyə real addımlar atıb.

AK-ın mətbuat xidmətinin rəhbəri Marqaritis Sxinas rəsmi şəxslərin korrupsiyaya bulaşmaması üçün Ankara lazım ola tədbirləri görüb: "Bəzi məsələlər qalıb ki, yəqin ki, yaxın illərdə onlar da həllini tapacaq".

Ayxan


Müəllif: