30 May 2016 20:30
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada onlarla müəssisə partlayış hazırlığı haqqında anonim xəbərdarlıq alıb. “Report”un məlumatına görə, bu haqda Varşava polisinin mətbuat xidməti məlumat yayıb.

"Söhbət nazirliklərdən, mehmanxanalardan, ticarət mərkəzlərindən, prokurorluqdan gedir. Bizdə olan informasiyaya görə, yalnız Varşavada 39 müxtəlif müəssisəyə belə xəbərdarlıqlar edilib. Bütün zənglərin hamısı yoxlanılır. Hələlik heç bir təhlükəli material və ya predmet aşkar edilməyib" - deyə paytaxt polisinin mətbuat xidməti bildirib.

Asayiş keşikçiləri bu təhdidlərin yanlış olmasına əsaslanaraq binaların əksəriyyətində əməkdaşları təxliyə etmirlər.

Katovitsa şəhərinin polis bölməsinin mətbuat katibi Yatsek Pıtel də həmçinin yaxın bombalar haqqında xəbərdarlıqlar alması məlumatlarını təsdiq edib. "Bu qəbildən olan xəbərdarlıqlar günortaya yaxın elektron poçtla daxil olub", - deyə o vurğulayıb.

Xatırladaq ki, analoji vəziyyət Polşada mayın 20-də yaranıb. Həmin gün ölkənin bir çox şəhərlərində mütəxəssislər anonim xəbərdarlıqlardan sonra müxtəlif binalarda partlayıcı qurğuları axtarmağa məcbur olmuşdular. Anonim zənglərin müəllifləri indiyə qədər axtarılır.

Polşa qanunlarına əsasən, onları 6 aydan 8 ilə qədər həbsxana cəzası gözləyir.


Müəllif: