31 May 2016 12:21
1 152

Ukraynanın milli qəhrəmanı, "Batkişina" partiyasının deputatı Nadejda Savçenko Ali Radada çıxış edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, çıxışını bitirdikdən sonra Savçenko üzərində öz şəkli olan və tribunanın önündən asılan plakatı cırıb. O məsləhət görüb ki, tribunadan Ukraynanın digər siyasi məhbuslarının şəkilləri asılsın.

Bundan sonra Savçenko Donbas və Maydanda həlak olanları xatırlayıb və Ukraynanın himnini oxuyub.

Elvin


Müəllif: