31 May 2016 17:36
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Şanlıurfada keçirilən Cənub-şərq Biznesmen Qadınlar Zirvəsində PKK-ya tərk-silah çağırışı edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, kürsüyə çıxan səfir salonu ingiliscə, türkcə və kürdcə salamlayıb.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Bass PKK-nın silahı buraxmalı, tərəflərin problemi danışıqlar yolu ilə həll etməli olduğunu deyib:

"Bu bölgədə qarşıdurma başa çatmalıdır. Bunun üçün ilk önəmli addım PKK-nın qarşıdurmaya son qoyub silahı buraxması olar. Gələcəkdə hamının dinc sülh şəraitində yaşaması naminə PKK-ya silah buraxmaq çağırışlarını davam etdirəcəyik".

Mahir


Müəllif: