1 İyun 2016 12:33

Tvitter sosial şəbəkəsində Rusiya prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun hesabları blok edilib.

Teleqraf.com-un məlumatına görə, bunlar Putin və Lavrovun adına açılmış parodiya hesabları olub. Hazırda həmin səhifələrə girmək mümkün deyil.

Bu hadisə bəzi tvitter istifadəçilərinin narazılığına səbəb olub və onlar hesabların yenidən aktivləşdirilməsini tələb ediblər.

Elvin


Müəllif:
Загрузка...