1 İyun 2016 13:18
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş ölkənin xarici siyasət kursunda mühüm dəyişiklik ediləcəyi anonsunu verib.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Numan Kurtulmuş indiyə qədər yürüdülən siyasətdə bir sıra dəyişiklik eduilməsi zərurətindən söz açıb: "Dünya çox böyük qarşıdurma dönəminə daxil oldu. Biz istəsək də hər problemi yoluna qoymaq gücümüz və imkanımız yoxdur".

Baş nazirin müavini Türkiyə xarici siyasətini ən azı 4 istiqamətdə dəyişməyin gərəkdiyini bəyan edib. Bunlar aşağıdakılardır:

1. Türkiyə Suriya xalqının bütün kəsimlərinin iştirakçısı olduğu bir prosesə dəstək verir. Eyni zamanda İraqda müxtəlif ictimai kəsimlərin qatıldığı, mərkəzi hökumətlə şimal bölgənin idarəçiləri arasında nizamlı əlaqələrin mövcud olduğu atmosferi məqbul sayır.

2. Rusiya ilə münasibətlərin düzəlməsi arzu olunur.

3. Avropa Birliyi ilə viza rejiminin ləğvi ətrafında danışıqları müsbət sonluqla başa çatdırmaq lazım bilinir.

4. Müəyyən şərtlər daxilində İsraillə münasibətlərin yoluna qoyulması gərəkli hesab olunur.

Mahir


Müəllif: