1 İyun 2016 19:35
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bu yay Avropaya səyahət edəcək vətəndaşlarını terror hücumları ehtimalına qarşı xəbərdar edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin rəsmi saytında "Avropaya səyahət xəbərdarlığı" başlığı altında yazı yerləşdirilib:

“Avropada ola biləcək terror hücumlarına qarşı ABŞ vətəndaşları xəbərdar edilir. Böyük tədbirlər, restoranlar, kütləvi nəqliyyat vasitələri, alış-veriş mərkəzləri və turistik sahələrdə diqqətli olmanız vacibdir. Avropa yaz aylarında terrorçuların hədəfindədir. Fransada 10 iyun - 10 iyul tarixləri arasında keçiriləcək Futbol üzrə Avropa Çempionatı zamanı terror təşkilatlarının hücumu ehtimal olunur.”

Bundan başqa, iyulun 26-31 tarixlərində keçiriləcək "Tour de France" velosiped yarışına görə Fransada fövqəladə vəziyyət iyulun 26-na qədər uzadılıb. Polşada isə iyulun 26-31-nədək Katolik Kilsəsi Dünya Gənclər Günü qeyd ediləcək ki, bu günlərdə ölkəyə 2,5 milyon adamın gələcəyi gözlənilir.

Samir


Müəllif: