21 İyun 2014 12:44

Separatçılara yalnız onlar hücum etdiyi təqdirdə atəş açılacaq

Ukraynada dünən axşam saatlarından etibarən, antiterror əməliyyatları ilə bağlı bir həftəlik atəşkəs elan edilib. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, prezident Petro Poroşenko bunu Donetsk vilayətinin Svyatoqorsk şəhərinin sakinləri ilə görüşündə açıqlayıb.

Dövlət başçısı bildirib ki, hərbi əməliyyatlar məhz terrorçuların silahı yerə qoyması üçün dayandırılır. Bunu etməyənlər hökumət qüvvələri tərəfindən məhv ediləcək. Poroşenkonun sözlərinə görə, bu müddət ərzində antiterror əməliyyat qüvvələri yalnız onlara hücum edildiyi təqdirdə hərbi güc tətbiq edəcək.

O, vurğulayıb ki, yaxın müddətdə Ukraynanın şərqində terrorçularla döyüşlər zamanı zədələnmiş evlər bərpa ediləcək: “Bütün bu tədbirlər dövlət hesabına həyata keçiriləcək”.

Nail Cəlil


Müəllif:
Загрузка...